İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

SİYASƏT, MƏDƏNİ İQTİSADİYYAT VƏ TƏHLÜKƏSİZLİK İSTİQAMƏTLƏRİNDƏ TÜRK DÖVLƏTLƏRİNİN QARŞILIQLI ƏMƏKDAŞLIĞI

Ötən əsrin sonlarında baş verən geosiyasi dəyişikliklər, dünyanın siyasi xəritəsində yeni müstəqil türk dövlətlərinin meydana çıxması və qloballaşan dünyanın çağırışları ilə üzləşməsi türkdilli xalqların daha birgə fəaliyyət göstərməsi zərurətini doğurdu. Ötən əsrin 90-cı illərindən etibarən türkdilli ölkələrin başçılarının zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliğində mühüm rol oynamışdır. Türkdilli ölkələrin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA), Türk Akademiyasının, Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Biznes Şurasının yaradılması və ya əlaqəli təşkilatların yaradılması bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında əməkdaşlıq yeni təşkilati mərhələyə qədəm qoymuşdur. Beləliklə, türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin möhkəmləndirilməsinə xidmət edən sistemli fəaliyyətlərin təməlini qoydular və əbədi qardaşlıq bağlarının möhkəmləndirilməsi üçün təməl yaratdılar.

Açar sözlər: Siyasi məsələ, ənənəvi dəyər, iqtisadiyyat, sivilizasiya, tarix, inkişaf, hökumət, mədəni detallar.

QISA İCMAL

  • Yazarlar LEYLA RAFAİL QIZI NƏBİYEVA
  • Fayl PDF
  • issue