Məqalədə qeyd olunur ki, insan hüquqları sahəsində mühüm münasibətlərin tənzimlənməsi beynəlxalq hüququn ən mühüm problemlərindən biridir. Belə ki, Qərbi Azərbaycana qayıdış bu gün Azərbaycan xalqının qarşısında duran mühüm milli vəzifələrdən biridir. Bu, eyni zamanda beynəlxalq hüquqa uyğundur. Çünki beynəlxalq hüquqda insanın təməl haqlarından biri onun doğulduğu torpaqlarda yaşamaq hüququdur. Qeyd olunur ki, zorla deportasiya olunmuş Qərbi Azərbaycan əhalisinin öz doğma yaşayış yerlərinə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışını təmin etməyə yönəlmiş effektiv beynəlxalq mexanizmlər formalaşmalıdır. Bu mexanizmlərin olmaması insan hüquqlarının ən ciddi pozuntularından biri olmaqla yanaşı, Qərbi azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi problemini hələ də həll olunmamış beynəlxalq ədalətsizlik kimi saxlayır.
Açar sözlər: fundamental insan hüquqları, Qərbi Azərbaycana qayıdış, mütləq hüquqlar, deportasiyanın ictimai təhlükəliliyi, insan hüquqlarının təminatı və s.