Beynəlxalq miqrasiyanın elmi tədqiqi müasir dövrdə xüsusi aktuallıq kəsb edir, çünki miqrasiyanın səbəblərini və nəticələrini dərk etməklə hökumətlər daha məqsədyönlü siyasət hazırlaya bilərlər. Miqrasiya iqtisadi, sosial, siyasi və ekoloji aspektlər də daxil olmaqla, bir çox qarşılıqlı təsir edən amilləri əhatə edir.
Bu baxımdan, beynəlxalq miqrasiyanın idarə olunması yenilənən dünyanın mühüm bir parçası olan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.