Məqalədə şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları və Kükü dağı, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuş Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalının tarixi coğrafiyası və orta əsr mənbələrində adları keçən və tamamının Azərbaycan türklərinə məxsus olan toponimlər haqqında məlumatlar verilmişdir. Həmçinin mahala verilmiş Dərələyəz adının toponim kimi yaranması ilə bağlı mənbələrdə olan məlumatlar əsasında izahı da verilmişdir. Bununla yanaşı həm də bu məqalədə orta əsrlərdən günümüzədək Dərələyəz mahalında ayrı-ayrı dövlətlər tərəfindən həyata keçirilən inzibati ərazi bölgüsü haqqında məlumatlar öz əksini tapmış, bu dövlətlər tərəfindən həyata keçirilən inzibati ərazi bölgüsü zamanı dövlət xəzinəsinə ödənilən vergi və torpaqların mülkiyyətçiləri barədə də məlumatlar qeyd edilmişdir. Məqalədə orta əsrlərdə Qərbi Azərbaycanın Dərələyəz mahalında adları çəkilən Azərbaycan türklərinin tayfa, nəsil, ad, dağ, çay, bulaq, relyef və s. ilə bağlı yaratdığı mövcud olmuş toponimlər bölgəni XX əsrdə işğal edən Ermənistan SSR və Ermənistan Respublikası dövlətləri tərəfindən dövlət qərarları ilə tamamilə dəyişdirilərək erməni adları ilə əvəz edilmişdir. Ona görə də Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində Azərbaycan türklərinin yaratdığı toponimlərin və maddi-mədəni irsin ermənilər tərəfindən məhv edilməməsi üçün bu sahədə fəaliyyət göstərən Beynəlxalq qurumlara müraciət edilməli və onlar qarşısında bu abidələrin qorunması ilə bağlı tələblər qoyulmalıdır.