NASCO XXVIII, doktorantların və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaq və gənc alimlərin inkişafı məqsədi ilə hər il keçirilən nüfuzlu tədbirdir. 2025-ci ilin dekabr ayının 16-17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyində keçiriləcək bu konfransda ölkənin müxtəlif universitet və tədqiqat mərkəzlərində tədqiqat aparan doktorantlar və gənc alimlər, habelə xaricdə tədqiqat aparan azərbaycanlı doktorant və gənc tədqiqatçılar öz elmi tədqiqatlarını təqdim edəcəklər. Konfransın əsas məqsədi elmi mübadiləni təşviq etmək, gənc tədqiqatçıların peşəkar inkişafına dəstək vermək və müxtəlif elmi istiqamətlərdə yeni ideyaların müzakirəsi üçün platforma yaratmaqdır.